|
Özge Ulusoydan estetik açıqlaması
Son zamanlar estetik əməliyyat etdirdiyi iddia olunan model Özge Ulusoy yayılan xəbərlərlə bağlı açıqlama verib.

Axşam.az xəbər verir ki, model cərrahi əməliyyat keçirmədiyini bildirib:

“Sosial şəbəkədə etdiyim prosedurları hər zaman paylaşıram. Botoks və dolğu etdirirəm. Ancaq cərrahi əməlliyat etdirməmişəm. Gələcəkdə lazım olarsa edərəm. Belə şeylərdən çəkinmirəm, baxımlı olmaq xoşuma gəlir”.