|
ABŞ Ceyms Cefrini Türkiyəyə göndərir

ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri Türkiyəyə səfər edəcək.

Axar.az xəbər verir ki, bu məlumatı ABŞ Dövlət Departamenti yayıb. Məlumata görə, Cefri Ankaraya İdlibdəki situasiyanı müzakirə etmək üçün gələcək.

Onun burada Türkiyənin yüksək çinli şəxsləri ilə görüşəcəyi gözlənilir.