Bakıda anbardan oğurluq edilib.
Daxili İşlər Nazirliyindən (DİN) APA-ya verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki anbarların birindən 3 ədəd qapı, 12 ədəd pəncərə çərçivəsi, 8 ədəd stul, 1 ədəd kombi və santexnik əşyaları oğurlamaqda şübhəli bilinən Ucar rayon sakinləri X.Rüstəmov və R.Paşayev saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.
