MSK-ın ilkin nəticəsinə görə, səslərin 47,1 faizini toplamışıq.
Bu sözləri Axar.az-a açıqlamasında 33 saylı Xətai birinci seçki dairəsindən deputatlığa namizəd Hüseynbala Mirələmov MSK-nın onun lider olduğu dairə ilə bağlı araşdırma aparması və səsvermənin nəticələrinin ləğv ediləcəyi ehtimalı ilə bağlı danışarkən deyib. O, MSK-dan lazımi məlumatları aldığını bildirib:
“Dairəmizdə seçki prosesinə mane olacaq və ya başqa bir insident yaşanmayıb. MSK-dan bizə yekun nəticələrin axşam saatlarında açıqlanacağı deyilib”, - o bildirib.
Qeyd edək ki, 33 saylı Xətai birinci seçki dairəsindən ciddi müraciətlərin olduğu barədə məlumatı MSK sədri Məzahir Pənahov açıqlayıb. O bildirib ki, daxil olan məlumatlar ciddi şəkildə araşdırılacaq.
Bu isə sözügedən dairənin nəticəsinin ləğvi məsələsini gündəmə gətirib.
