İngiltərədə fırtınalı hava səbəbindən onlarla uçuş təxirə salınıb.
REAL-ın Avropa bürosu xəbər verir ki, küləyin təsirindən London və Mançesterə enmək çətinləşib..
Londonda Heathrow Airport, Bazar günü uçuş cədvəlini "möhkəmləndirmək" üçün aviaşirkətlərlə birlikdə çalışacağını açıqladı.
Buna görə hava limanı, mümkün qədər az uçuşlar həyata keçirəcək. Hava limanının veb səhifəsi göstərir ki, artıq bir çox beynəlxalq və daxili reyslər ləğv edilib.
British Airways, fasilələrə görə veb səhifəsi uzərindən tez tez üzr istəyir və fırtınanın təsirini minimuma endirmək üçün əlindən gələni edəcəyini söyləyir. Sərnişinlər rahatlıqla London Heathrow, Gatwick və digər şəhərlərə olan uçuşlarını yenidən sifariş edə bilərlər.
Virgin Atlanticdə tənzimləmə etmək üçün sərnişinlərlə əlaqə qurmağa çalışır. Aviaşirkət, Heathrow-dan on yeddi reysin artıq ləğv edildiyini göstərir.
