|
“FİLİN BAŞI İLƏ AYAĞINI AYIRA BİLMƏYƏNLƏR SİYASƏTDƏN DANIŞIRLAR ”

İsazadə Elxan Eyvaz oğlu 1978-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub.

1998-ci ildə Azərbaycan Beynəlxalq Universitetinin hüquq fakültəsinin bakalavr pilləsini bitirib, həqiqi hərbi xidmətə yollanıb. Hərbi xidməti bitirdikdən sonra elə həmin universitetin hüquq fakültəsinin magistr pilləsinə daxil olub, cinayət hüququ, cinayət prosesi, kriminalistika, məhkəmə ekspertizası ixtisası üzrə təhsilini davam etdirib.

10 ildən artıq müddətdə Ədliyyə Nazirliyində işləyib. Daha sonra BDU-nun hüquq fakültəsinin “Cinayət hüququ və kriminologiya; cəza-icra hüququ” ixtisasının fəlsəfə doktoru proqramının doktorantı olub.

Hazırda BDU-da elmi tədqiqat işləri ilə məşğul olur. 10-dan artıq elmi məqalənin müəllifidir. Eyni zamanda “Ortoped” MMC-də hüquqşünas kimi fəaliyyət göstərir. Elxan İsazadə 12 saylı Qaradağ-Binəqədi-Yasamal dairəsindən deputatlığa namizədliyini irəli sürüb. Elxan İsazadənin videomüsahibəsini təqdim edirik:

. 

 

Hər bir islahat vaxtında aparılır. Bu gün verilən qərarlar, dəyişikliklər, yeniliklər bir il, beş il, bəlkə də on il və ya daha da öncədən zərgər dəqiqliyi ilə hesablanıb, ölçülüb biçilib. Bu günkü nailiyyətləri dərk etmək, görmək üçün çakraların, bəsirət pərdələrinin açılmağına ehtiyac yoxdur. Adil davranış bunu dərk etməyə yetir. Hər yenilik irəliləməkdə, inkişaf etməkdə olan Azərbaycanımızın dünya qaldıqca var olması üçün peşəkar və ən əsası xalqını sevən, ona xidmət edən siyasətin növbəti uğurlu addımıdır. Hər yeni mərhələ dünənin davamı, sabahın başlanğıcıdır. Çünki bu siyasətdə hesablanmamış addımlar yolverilməzdir. Bu siyasi kurs Ulu Öndər tərəfindən Azərbaycanımızın bəxtəvər olmağına həsr edilmiş əsərdir və bu əsər etibarlı, ən əsası layiqli əldədir.

 

Cia.az