|
Tarkanın Monakodakı konsert biletləri “əl yandırır”

Türkiyəli müğənni Tarkan Monakoda konsert verəcək.

Axşam.az xəbər verir ki, sənətçi “Monte Karlo Ulduzlar salonu”nda üçüncü dəfə çıxış etməyə hazırlaşır. Tarkanın konsertinə biletlərin qiyməti isə 783-1368 avro (təxminən, 1467-2563 manat – red.) arasındadır.

Qeyd edək ki, müğənni 850 nəfərin qarşısında çıxış edəcək.