|
Millimizin üzvünü Vyetnamda bəyənmədilər

“Foneks Rizinq”də (ABŞ) çıxış edən millimizin üzvü Rüfət Dadaşov bu qış Vyetnamın “Nam Din” klubunda baxışda olduğu zaman bəyənilməyib.

Qol.az "bongdanet.vn"ə istinadən xəbər verir ki, Rüfətlə yanaşı, daha 4 futbolçu baxışda olub ki, baş məşqçi Fabion onlardan yalnız braziliyalı Rafaelsonu bəyənib. Digər futbolçuların isə o, pis oynadığını hesab edib.

Qeyd edək ki, R.Dadaşov ötən ay “Foneks Rizinq”lə müqavilə imzalayıb.