|
Serbiyanın baş naziri Azərbaycana səfər edəcək

Serbiyanın baş naziri Aleksandr Vuçiç aprelin 13-15-də Azərbaycana səfər edəcək.

Serbiyanın Azərbaycandakı səfirliyindən "Report"a bildiriblər ki, səfər zamanı baş nazir Azərbaycanın rəsmi şəxsləri ilə bir sıra görüşlər keçirəcək. Tərəflər ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edəcəklər.