Fevralın 3-nə keçən Ukraynanın Odessa şəhərində beşmərtəbəli binada yanğın olub.
AZƏRTAC Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin saytına istinadla xəbər verir ki, yanğın nəticəsində azı üç nəfər həlak olub.
İlkin ehtimala görə, yanğın qısaqapanma səbəbindən baş verib.
İlin əvvəlindən Ukraynada yanğınlar nəticəsində 133 nəfər həlak olub, 99 nəfər xəsarət alıb.
