|
Bakıda məşhur yaşayış kompleksində Hindistan vətəndaşının meyiti tapıldı

Bakıda xarici ölkə vətəndaşının meyiti tapılıb.

Trend-in məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu, məşhur yaşayış komplekslərinin birində baş verib.

Kompleksin 181 saylı mənzilində yaşayan, Hindistan vətəndaşı, 1987-ci il təvəllüdlü Aqvar Akanş Arun Kumar (Aggarwar Akansh Arun Kumar) oğlunun meyiti yaşadığı mənzildən tapılıb.

Meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib.

 

Faktla bağlı araşdırma aparılır.