Qobustan rayonunda dəm qazından zəhərlənmə hadisələri baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Sündü kənd sakini, 1957-ci il təvəllüdlü Qəndilə Abuzərova və Nabur kənd sakini, 1993-cü il təvəllüdlü Ramilə Aydəmirova yaşadıqları evin hamam otağında dəm qazından zəhərləniblər. Onlar Qobustan və Şamaxı rayon Mərkəzi Xəstəxanalarına aparılıblar.
Faktla bağlı araşdırma aparılır.
