Türkiyə koronavirusun geniş yayıldığı Uhan şəhərindən Azərbaycan və Türkiyə vətəndaşlarını təxliyyə etməyə hazırlaşır.
Avropa.info xəbər verir ki, Çinin Vuhan şəhərində yaşayan 35 Türkiyə ve 10 Azərbaycan vətəndaşı "Koca Yusuf" əməliyyatı ilə gətiriləcək.
Təcili yardım təyyarəsinə çevrilən "Koca Yusuf" adlı hərbi təyyarə ilə Türkiyəyə gələcək sərnişənlər və ekipaj xüsusi geyimlərdə olacaq. Bu insanlar təyyarədən enəndən sonra 14 gün karantində saxlanılacaq.
Türkiyənin Səhiyyə Nazirliyi vətəndaşları ölkəyə gətirmək üçün bütün hazırlıqların tamamlandığını açıqlayıb.
“Vətəndaşlarımızda bu anda xəstəlik əlamətləri olmadığnı öyrəndik. Ancaq Uhan hava limanında ilkin müayinədən keçiriləcəklər. Təyyarədə bir tibb mütəxəssisi də olacaq. Türkiyəyə gətirilən vətəndaşlar, onları gətirən pilot və tibbi heyət 14 gün karantin altında saxlanılacaq. Kimsənin ağlında heç bir sual işarəsi qalmasın. Türkiyə yolxucu xəstəliklərlə bağlı bütün tədbirləri görür", deyə açıqlamada qeyd olunur.
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səhiyyə Nazirliyinə Çindəki Azərbaycan və Türkiyə vətəndaşlarının ölkəyə gətirilməsi üçün təlimat verib.
