Çində başlayan koronavirusun yayılma miqyası 2002-2003-cü illərdə tüğyan edən, tibb aləmində SARS virusu olaraq bilinən atipik pnevmoniya epidemiyasını geridə qoyub.
Bu barədə Çin rəsmi orqanlarının hesabatında deyilir. Hazırda yeni virusa yoluxanların sayının 6000 nəfərə çatdığı, 9300 şəxsin isə şübhə altında olduğu deyilir. Digər ölkələrdən gələn məlumatlarla bilirkdə ölənlərin sayının 132, sağalananların isə 104 olduğu bildirilir.
Qeyd etmək lazımdır ki, SARS virusunun yayılması zamanı Çində 349 adam ölmüşdü. Ümumilikdə həmin vaxt 8437 yoluxma halı qeydə alınmış, onun 849-u ölülmlə nəticələnmişdi. Lakin cəmi bir neçə gün öncəyə qədər Çinin Xəstəliklərin nəzarət və profilaktikası mərkəzinin rəhbəri Qao Fu yeni koronavirusun (2019-nCoV) SARS qədər təhlükəli olmadığını söyləmişdi.
“South China Morning Post” qəzeti virusun əsas qurbanlarının yaşlılar və səhhəti ilə problem yaşayanlar olduğunu yazıb. Çin həkimləri yaxın 10 gün ərzində virusun yayılmasını özünün ən zirvə nöqtəsinə çatacağını, daha sonra situasiyanın sabitləşəcəyini söyləyirlər. Honkonq universitetinin mütəxəssisləri isə Çinin iri şəhərlərində xəstələnmə hallarının aprel və may aylarında maksimuma çatacağını proqnozlaşdırırlar.
Rusiyada Səhiyyə nazirliyi nəznindəki Milli tibbi ftiziopulmonologiya araşdırmalar mərkəzi ölkədə koronavirusun yeni ştammının gəlməsi riskinin böyük, lakin yayılmasının kiçik olduğunu bildirib. Mərkəzin direktor müavini Vladimir Çulanov virusun Rusiyada fevral ayında peyda olacağını təxmin etdiklərini söyləyib. Burada Çinlə sərhəddə yerləşən Primorsk və Xabarovsk vilayətləri, Yəhudi muxtar dairəsi və Amur diyarı xüsusi riskli bölgələr hesab olunur.
Rusiyanın N.İ.Piroqov adına Milli tibbi araşdırma universitetinin infeksiya xəstəlikləri kafedrasının müdiri Vladimir Nikiforov virusun Rusiyada mutasiyaya məruz qalması və beləliklə təhlükəli miqyasda yayılmasının az ehtimal olduğunu dilə gətirib.
