Sumqayıtda xəstəxanada ölüm hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasında qeydə alınıb. Belə ki, iki gün öncə yüksək dozada narkotik istifadə edərək komaya düşən Corat qəsəbə sakini, 1983-cü il təvəllüdlü Xankişiyev Pərviz Baloğlan oğlu xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.
Mərhumun meyiti aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
