|
Zelenski SSRİ-ni ittiham etdi:

Polşa və polşalılar ilk dəfə totalitar rejimlərin sövdələşməsini öz üzərlərində hiss etdilər.

Axar.az xəbər verir ki, bu sözləri Polşada səfərdə olan Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

O bildirib ki, bu razılaşma II dünya müharibəsinə gətirib çıxardı və nasistlərin Holokost qətliamına rəvac verdi:

“Bu gün demokratik dövlətlər istənilən aqressiyaya qarşı güclərini birləşdirməli və bəşəriyyəti növbəti iztirablardan xilas etməlidir".

Zelenski, həmçinin, Rusiyaya sanksiya təzyiqi və Ukraynanın ərazi bütövlüyünə verdiyi dəstəyindən dolayı Polşaya təşəkkürünü bildirib.