|
Ceyhun Bayramov Çində koronovirus yayılan ərazidəki tələbələrimizdən danışdı

"Çin Xalq Respublikasında yayılan koronovirusla bağlı oradakı tələbələrimiz diqqətimizdədir"

Bu barədə təhsil naziri Ceyhun Bayramov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən bildirib. Nazir qeyd edib ki, Xarici İşlər Nazirliyi işlər və Çindəki Azərbaycan səfirliyi ilə daimi əlaqə saxlayırlar:

"İlkin məlumat odur ki, həmin bölgələrdə 7 tələbəmiz təhsil alır. Çin hökuməti məsələ ilə bağlı giriş-çıxışda məhdudiyyət tədbiq edib. Bizdə olan məlumat ondan ibarətdir ki, Çinə hazırda 50-dən artıq ölkə öz tələbələrini oradan çıxarmaq üçün müraciət ediblər. Aldığımız məlumat ondan ibarətdir ki, bu məsələ ilə bağlı yaxın günlərdə Çin hökumətində iclas olacaq və bundan sonra tələbələrin çıxarılması məsələsi həllini tapacaq. Biz məsələləri diqqətdə saxlayıriq. Hazırda dövlət xətti ilə 62 tələbəmiz təhsil alır. Ümumilikdə isə Çində təhsil alan azərbaycanlıların sayı 500 nəfərə yaxındır. Azərbaycanda təhsil alan çinli tələbələrlə bağlı isə hansısa problem yoxdur".