Bakıda məktəblilərin daşınması üçün avtobuslar ayrılacaq. Bu barədə danışan təhsil naziri Ceyhun Bayramov söyləyib ki, yeni tədris ilindən Bakının bir sıra məktəblərində şagirdlər üçün avtobuslar ayrılacaq:
"Bu istiqamətdə Bakı Nəqliyyat Agentliyi ilə sıx əməkdaşlığa başlanılıb. Birgə səylərimiz nəticəsində 2020-ci ilin yeni tədris ilinə qədər Bakının bir sıra yerlərində şagird sayı çox olan məktəblər üçün avtobus sisteminin təşkil edilməsinə nail olacağıq. Təbii ki, bütün məktəbləri birinci mərhələdə əhatə etməyəcəyik. Lakin layihənin gedişindən asılı olaraq iş davam etdiriləcək", - deyə nazir vurğulayıb.
