Barselona vilayətinin seçki komissiyası Kataloniya parlamentinə Kataloniyanın rəhbəri Kim Torranın deputatlıq mandatını ləğv etməsi üçün 48 saat vaxt verib.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bundan öncə İspaniya Mərkəzi Seçki Komissiyası oxşar tələblə Kataloniya parlamentinin spikeri Roje Torrenə müraciət edib.
Mətbuat hələlik Torranın deputat mandatından məhrum olacağı təqdirdə Kataloniya rəhbərliyindən də uzaqlaşdırılıb-uzaqlaşdırılmayacağı haqqında heç bir informasiyanın olmadığını bildirib.
Qeyd edək ki, Torra 2018-ci ildən Kataloniya rəhbəridir. O, Kataloniyanın müstəqilliyinin tərəfdarı kimi tanınır.
