21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək İsveçrə - Azərbaycan oyununun başlanma saatı və görüşün keçiriləcəyi stadion müəyyənləşib.
"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, adı çəkilən oyun martın 26-da, Sion şəhərindəki “Stade de Tourbilion” arenasında keçiriləcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
