Türkiyədə 4 nəfərin ölümü ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.
Hadisə Sakarya – Akyazı magistral yolunun Horozlu kəndi ərazisindən keçən hissəsində baş verib.
Qəzaya, təkərlərin partlaması nəticəsində avtomobvilin yoldan çıxaraq dərəyə aşması səbəb olub.
Qəza nəticəsində avtomobildə olan 4 nəfər ölüb, 4 sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yoldan keçən sürücülərin xəbər verməsi ilə hadisə yerinə polis və təcili yardım briqadaları cəlb olunub.
Avtomobildə olanların elçilik üçün İstanbuldan Düzcəyə getdikləri bildirilir.
