Estoniyanın Tartu Universitetinin mikrobiologiya və virusologiya üzrə professoru İrya Lutsarın koronovirusun ölkəsinə də çata biləcəyini istisna etməyib.
AZƏRTAC xəbər verir ki, bu barədə rus.err.ee xəbərlər portalı yazıb.
Bir çox dövlətlərin sözügedən virusun yayılmasından narahat olduğunu bildirən İ.Lutsar ölkə vətəndaşlarını ehtiyatlı olmağa çağırıb. Son məlumatlara görə, Çində yeni növ koronovirusa yoluxma nəticəsində ölənlərin sayı 25-ə çatıb.
