|
İsveçin baş naziri də Moskvaya rədd cavabı verdi
İsveçin baş naziri Stefan Leven II Dünya müharibəsindəki qələbənin 70 illiyi münasibətilə bayram tədbirlərində iştirak etmək üçün Moskvaya getməyəcək. Məlumatı SVT.se. telekanalı yayıb. 
Məlumata görə, bunu baş nazirin mətbuat katibi Anne Ekberq bildirib. O deyib ki, qərar Rusiyanın Ukrayna siyasəti ilə əlaqədar qəbul edilib.
Bayram tədbirlərində İsveçi Rusiyadakı səfir təmsil edəcək.