|
Azərbaycanda növbəti zəlzələ-

Ötən gün Azərbaycan ərazisində zəlzələ baş verib.
Cia.az-ın Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən verdiyi məlumata görə, zəlzələ yerli vaxtla saat 13.35-də meydana gəlib. 
Yeraltı təkanlar Cəlilabaddan 33 km şimal-qərbdə, Biləsuvar rayonunda qeydə alınıb. 
Maqnitudası 3 bal gücündə olan zəlzələ 25 km dərinlikdə qeydə alınıb.
Qeyd edək ki, sonuncu dəfə Azərbaycanda martın 30-da Şamaxı rayonunda zəlzələ baş vermişdi.

Cia.az