|
Xorvatiya - Azərbaycan oyununun hakimləri müəyyənləşib

DÇ-2020-nin elit-raunda mübarizə aparacaq futzal üzrə Azərbaycan millisinin oyunlarına hakim təyinatları açıqlanıb. 

 "Report"un AFFA- rəsmi saytına istinadən verdiyi məlumata görə, Xorvatiyanın Osiek şəhərindəki “Qradsk vrt Arena”da komandamızın iştirkı ilə keçiriləcək ilk iki oyunu İtaliyadan olan hakimlər idarə edəcək:

Xorvatiya – Azərbaycan

29 yanvar. Osiek. “Qradsk vrt Arena”. Saat 23:00

Hakimlər: Angelo Galante, Nicola Manzione, Alessandro Malfer

Azərbaycan – Rusiya

30 yanvar. Osiek. “Qradsk vrt Arena”. Saat 20:00

Hakimlər: Alessandro Malfer, Angelo Galante, Chiara Perona