Çox güman ki, hər qadın Cennifer Lopez kimi seksual ombaya sahib deyil. Ancaq seksual doğulmurlar, sonradan olurlar. Hər şey özünüzü sevməkdən, baxımdan və bir neçə hiyləni bilməkdən keçir. Seksual ombanın sirlərini təqdim edirik. 7 addımda Lopezin ombasına sahib ola bilərsiz.
Yüksək bel modellərlə arxa və bud qismini vurğulayın. Ombanı düşük göstərən gen modellərdən uzaq durun. “Klyoş” ətəklər yerinə ombadan oturan uclara doğru hərəkətlənən ətəklər seçin. Boru kimi enən “klyoş” ətəklər sizi olduğundan kök göstərər.
Streç şalvarlar sizin ən yaxın dostunuz olmalıdır.
Tül parçaları istifadə etməyin. Pərdə parçası kimi ucuz parçalar seksuallığı ikinci plana atır. Tül yerinə ombalarınıza zərif toxunan dar parçalı ətəklər geyinin.
Geydiyiniz parçanın ombalarınızı azca da olsa şiş göstərməsinə diqqət edin.
Nə qədər ayaq göstərsən də, gözlər o qədər ombaya yönələr. Sizi rahat hiss etdirəcək uzunluqda qısa ətək seçin.
Cia.az
