|
Roma Papası İranla razılaşmanı alqışladı

Roma Papası Fransisk İranla "altılıq" ölkələrinin arasında əldə olunan razılaşmanı alqışlayıb.
Cia.az-ın məlumatına görə, Pasxa bayramı ilə bağlı çıxışında Roma Papası İranın mübahisəli nüvə proqramının dinc məqsədlərə yönəlməsi müqabilində sanksiyaların dayandırılmasını nəzərdə tutan sazişin dünyada sülhə və əmin-amanlığa töhfə verəcəyini bildirib. 
Roma Papası Keniyada tələbə yataqxanasına hücumu və Liviyadakı zorakılıqları da pisləyib. 
Qeyd edək ki, aprelin 2-də İsveçrənin Lozanna şəhərində İranın nüvə proqramı üzrə “altılıq” ölkələri ilə aparılan danışıqlarda razılıq əldə olunub.

Cia.az