|
Sabah deputatlığa namizədlərin təbliğat

Qeydiyyata alınmış namizədlərin dəqiq sayı yanvarın 24-dək məlum olacaq

Səsvermə üçün qeydiyyatdan çıxma (səsvermə) vəsiqələrinin dairə seçki komissiyalarından məntəqə seçki komissiyalarına verilməsi müddəti yanvarın 15-də başa çatıb. Bu prosesə 2019-cu il dekabrın 26-dan start verilmişdi.

Eyni zamanda yanvarın 15-də hər bir seçki məntəqəsi üzrə təsdiq edilmiş seçici siyahılarının dəqiqləşdirilməsi də yekunlaşıb.

Seçki günü səsvermənin yeri və vaxtı barədə KİV-lər və məlumat lövhələri vasitəsilə seçicilərin xəbərdar edilməsi mərhələsi də 15 yanvarda başa çatıb.

Milli Məclisə fevralın 9-na təyin edilən seçkilərlə əlaqədar indiyə qədər dairə seçki komissiyaları üzrə qeydə alınan namizədlərin siyahısı açıqlanıb.

Siyahı Mərkəzi Seçki Komissiyasının (MSK) saytında yerləşdirilib. Siyahıda növbədənkənar parlament seçkilərində iştirak etmək üçün müraciət edən, namizədliyinin irəli sürülməsi təsdiqlənən, imza vərəqələrini götürən və imza vərəqələrini qaytaranlar haqqında da məlumatlar əksini tapıb.

Sabah deputatlığa namizədlərin təbliğat ile ilgili görsel sonucu

Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar deputatlığa namizədlərin dəqiq sayı yanvarın 24-dək məlum olacaq. Belə ki, növbədənkənar parlament seçkiləri ilə əlaqədar namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına təqdim edilməsi müddəti 10 yanvar saat 18:00-da başa çatıb. Seçki Məcəlləsinin 59, 60, 148.1-148.3 maddələrinə əsasən, dairə seçki komissiyaları ( DSK) imza vərəqələrinin və təqdim edilən digər sənədlərdə olan məlumatların düzgünlüyünün yoxlanılması və namizədin qeydə alınıb-alınmaması haqqında sənədlər qəbul edildikdən sonra 7 gün müddətində qərar verməlidir. Beləliklə, DSK imza vərəqələrinin və təqdim edilən digər sənədlərdə olan məlumatların düzgünlüyünün yoxlanılması və namizədin qeydə alınıb-alınmaması haqqında ən geci yanvarın 16-dək qərar verməlidir. Əgər şəxsin namizədliyi qeydə alınmayıbsa, o, ən geci 2 gün ərzində, yəni yanvarın 18-dək Mərkəzi Seçki Komissiyasına müraciət etməlidir. MSK 2 gün ərzində, ən geci yanvarın 20-dək müvafiq qərar verməlidir. Şəxs MSK-nın qərarından narazı qalarsa, 2 gün ərzində, yəni ən geci yanvarın 22-dək məhkəməyə müraciət etməlidir. Məhkəmə isə 2 gün ərzində, yəni ən geci yanvarın 24-dək müvafiq qərar qəbul etməlidir. Bu proses başa çatdıqdan sonra isə seçki bülletenlərinin hazırlanması mərhələsinə start verilir. Başqa sözlə, Seçki Məcəlləsinin 99.4-cü maddəsinə görə, seçki bülletenlərinin hazırlanması Mərkəzi Seçki Komissiyasının qərarı ilə müvafiq poliqrafiya müəssisəsi tərəfindən səsvermə gününə ən azı 10 gün qalanadək təmin edilməlidir.

MSK-nın saytının 15 yanvara olan məlumatına görə, Milli Məclisə növbədənkənar seçkilərdə iştirak üçün müraciət edənlərin 60 %-dən çoxunun deputatlığa namizədliyi qeydə alınıb. Növbədənkənar parlament seçkilərində iştirak üçün 2431 nəfər müraciət edib.

Yanvarın 17-dən isə qeydə alınan namizədlərin təbliğat-təşviqat kampaniyasına start veriləcək. Seçki prosesinin bu mərhələsi fevralın 8-nə qədər davam edəcək.

Sabah deputatlığa namizədlərin təbliğat ile ilgili görsel sonucu

Təbliğat-təşviqat kampaniyası dövründə və seçki günündə polis əməkdaşlarının səmərəli xidmət keçməsinə dəstək məqsədilə seçkilərlə əlaqədar “Polis əməkdaşları üçün yaddaş kitabçası” nəşr olunub. Kitabçanın mətnini Mərkəzi Seçki Komissiyası Daxili İşlər Nazirliyi ilə birgə hazırlayıb.

Bu “Yaddaş kitabçası” Milli Məclisə seçkilərdə polis əməkdaşlarının istifadəsi üçün hazırlanıb. Qeyd olunub ki, polis əməkdaşı səsvermə günü xidməti formada olmalıdır. Polis əməkdaşı xidməti vəzifəsini seçki məntəqəsi yerləşən binadan 100 metr aralıda yerinə yetirməlidir.

Polis əməkdaşının Seçki Məcəlləsinin 104.14 maddəsinə əsasən səsvermədə seçici kimi iştiraketmə halları istisna olmaqla, səsvermə zamanı seçki məntəqəsində olması qadağandır.

Polis əməkdaşı yalnız məntəqə seçki komissiyasının sədrinin dəvəti ilə ictimai asayişi bərpa etmək üçün səsvermə otağına daxil ola bilər. Bu zaman səsvermə müvəqqəti olaraq dayandırılır. İctimai asayiş bərpa edildikdən sonra polis əməkdaşı dərhal seçki məntəqəsini tərk etməli və öz xidməti vəzifəsini yuxarıda göstərilən məsafədə yerinə yetirməlidir.

Bu arada məlum olub ki, Müstəqil Dövlətlər Birliyi (MDB) də fevralın 9-da keçiriləcək parlament seçkilərinə müşahidə missiyası göndərəcək. Bu barədə secki-2020.az saytına MDB müşahidə missiyasının qərargah rəhbəri Yevgeni Kozyak məlumat verib. O bildirib ki, Azərbaycanda seçki prosesini MDB-nin 250-dən çox müşahidəçisi izləyəcək: “Uzunmüddətli müşahidə missiyası yanvarın 18-də Azərbaycana gələcək və fevralın 10-dək fəaliyyətdə olacaq. Qısamüddətli missiya isə səsvermədən bir gün əvvəl gələcək”. Ukrayna Mərkəzi Seçki Komissiyasının üzvləri də fevralın 9-da keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün Azərbaycana səfər edəcəklər. Bu barədə Ukrayna MSK-nın mətbuat xidmətindən məlumat verilib. Ukrayna MSK-nın iki üzvü fevralın 7-10-da Azərbaycanda olacaq, seçkiöncəsi vəziyyəti və səsvermə prosesini müşahidə edəcək. Səfər çərçivəsində Azərbaycan Mərkəzi Seçki Komissiyasında da görüş keçirəcək ukraynalı qonaqlar seçkinin yekunlarına dair rəylərini açıqlayacaqlar.