ABŞ dövlət katibi Maykl Pompeo Çinin “Huawei” şirkətinin infrastrukturunu SSRİ idarələrindən daha təhlükəli hesab etdiyini bildirib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, o, Çin firmasının həyata keçirmək istədiyi 5G şəbəkəsinin müttəfiq dövlətlərin təhlükəsizliyi və şəxsi informasiyalar üçün böyük risklər daşıdığını vurğulayıb.
“Bəlkə də müqayisə uğursuzdur, mən bunu dərk edirəm, amma hər halda biz heç vaxt sovet proqram təminatlarını ölkəmizə gətirməzdik, elə deyilmi?”,- deyə Pompeo qeyd edib.
Onun sözlərinə görə, Çinli şirkətlərin quraşdırdığı şəbəkələr üzərindən gerçəkləşdirilən texnologiyalar və informasiyalar birbaşa Çin Kommunist Partiyasının əlinə keçəcək.
“Biz heç vaxt ABŞ-ın məxfi informasiyaların etibar etmədiyimiz dövlətlərə ötürülməsinə icazə verməyəcəyik”, - deyə sonda ABŞ dövlət katibi söyləyib.
