Mətbuatda Nərmin Quliyevanın qatilinin onun qohumu - 36 yaşlı İlkin adlı şəxs olması barədə məlumat yayılıb.
Mərhumun ailəsindən saytımıza verilən məlumata görə, onun qohumu olan və yaxınlıqda yaşayan İlkin adlı şəxs Nərminin anasının bibisi oğludur.
Həmin şəxs Axar.az-a açıqlamasında bunları deyib:
“Nərminin İlkin adlı yeganə qohumu mənəm və 40 yaşım var. Nərmin mənim dayımın nəvəsidir. Mən də ailəli şəxsəm. Həbs edilməyim barədə yayılan məlumatlar əsassızdır”.
