|
Texniki Universitetin dekanı işdən qovuldu - ilginc səbəb

Xüsusi texnika və texnologiya fakültəsi 2011-ci ildə Müdafiə Sənayesi Nazirliyinin sifarişi əsasında yaradılıb; fakültənin dekanı Ramiz Hüseynov tələbələrə niyə polisin diqqət yetirdiyi xüsusi formalar geyindirib   

Azərbaycan Texniki Universitetinin (AzTU) xüsusi texnika və texnologiya fakültəsinin dekanı Ramiz Hüseynov  vəzifəsindən çıxarılıb. Tədris hissəsinin müdiri İmran Yolçuyev də səriştəsiz fəaliyyətinə və işində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilib. Xüsusi texnika və texnologiya fakültəsinin dekanı vəzifəsinin icrası əvvəllər magistratura şöbəsində çalışmış Elçin Rzayevə tapşırılıb. V.Vəliyev vurğulayıb ki, eyni zamanda AzTU-nun Tədris hissəsinin müdiri İmran Yolçuyev səriştəsiz fəaliyyətinə və işində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilib. Onun yerinə isə pedaqogika üzrə fəlsəfə doktoru Qəmər İsayeva təyin olunub.

Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyevin sözlərinə görə, R.Hüseynov tələbələrə qanunsuz olaraq formalar tətbiq etdiyinə görə vəzifəsindən kənarlaşdırılıb: “Ramiz Hüseynov işində nöqsanlara yol verdiyi üçün öz xahişi ilə vəzifəsindən çıxarılıb. Nöqsanı ondan ibarətdir ki, tələbələrə özbaşına xüsusi geyim formaları tətbiq eləyib. Halbuki ona dəfələrlə xəbərdarlıq olunsa da, o, buna məhəl qoymayıb. Bizim də əsasnamədə yazılıb ki, tələbələrə xüsusi formalar tətbiq edilə bilməz. O, tələbələri məcbur edib ki, xüsusi geyim formaları alsınlar və formalarla bağlı pul yığıb. İşdən çıxması ilə bağlı yazdığı ərizədə də öz məsuliyyətini boynuna alıb. Ərizəsində həmçinin yazıb ki, tələbələrin hər hansı iddiası olarsa, cavab verəcək. Hətta həmin formanı geyinən tələbələri polislər saxlayıb, soruşub ki, formanı haradan əldə etmisiz? Sonra həmin tələbələr sərbəst buraxılıb”.

Texniki Universitetin dekanı işdən ile ilgili görsel sonucu

“Yeni Müsavat” bildirir ki, Hüseynov Ramiz Əhməd oğlu texnika elmləri namizədi, dosentdir. Xüsusi texnika və texnologiya fakültəsi 2011-ci ildə Müdafiə Sənayesi Nazirliyinin sifarişi əsasında Nazirlər Kabinetinin sərəncamı ilə yaradılıb.

Fakültənin qarşısında qoyulan vəzifə Azərbaycan Müdafiə Sənayesi kompleksinin sifarişi əsasında  bakalavr və magistr pillələri üzrə beş ixtisas  əsasında mütəxəssis hazırlamaqdır.

2012-2013-cü tədris ilində fakültəyə hər ixtisas üzrə on beş tələbə, ümumilikdə 75 tələbə, sonrakı illər isə hər ixtisas üzrə iyirmi tələbə qəbul olub. Bildirilir ki, hazırda fakültədə üç yüz yetmiş tələbə təhsil alır. İxtisas kafedraları ixtisaslara uyğun olaraq Maşınqayırma texnologiyası, Texnoloji komplekslər və xüsusi texnika, İstilik və soyuqluq texnikası, Elektrodinamika və radioelektron vasitələri, Konstruksiya və kompozisiya materiallarının texnologiyası kafedralarıdır. Fakültənin tərkibində daha iki xarici dil kafedrası  fəaliyət göstərir.

Texniki Universitetin dekanı işdən ile ilgili görsel sonucu

Tədrisin stimullaşdırılması məqsədilə  Müdafiə Sənayesi Nazirliyinin qərarına əsasən, hər ixtisas üzrə əla təhsil alan iki tələbəyə bakalavr pilləsi üzrə səksən manat,  magistr pilləsi üzrə isə 100 manat təqaüd verilib (məlumat 2016-cı ilə aiddir). Fakültənin tələbələri hətta yay  tətillərində  günəmuzd dəzgahçı vəzifəsinə işə qəbul olunurlar.

Texniki Universitetdəümumilikdə  6000-dək tələbə təhsil alır (Vikipediya məlumatı).  Onlardan 300 nəfərə qədəri xarici vətəndaşlardır. Universitetin 45 kafedrasında 600 nəfərədək professor-müəllim heyəti, o cümlədən 70 nəfərədək elmlər doktoru, professor, 400-dək elmlər namizədi, dosent çalışır.