|
Kokain daşıyan təyyarə qəzaya düşdü

Venesuelanın Koxedes ştatında göyərtəsində 1 tona yaxın narkotik maddə olan təyyarə qəzaya uğrayıb. 
Ölkənin daxili işlər və ədliyyə naziri Nestor Reverol bildirib. 
Hadisə yerində 3 nəfərin meyidi və 1 tona yaxın kokain aşkarlanıb. Mafioz qruplaşmalar təyyarədən narkotik maddələrin daşınması üçün istifadə etdikləri ehtimal edilir. 
Hazırda polis qəzanın başvermə səbəbləri və təyyarənin sahibinin müəyyən edilməsi istiqamətində araşdırma aparır.(anspress)