|
Sabiha Gökçen aeroportuna enməli olan “Buta Airways”in təyyarəsi Ankarada eniş edib

Sabiha Gökçen aeroportunun baş vermis insident səbəbindən bağlanması ilə əlaqədar “Buta Airways”in J2-9103 nömrəli reysində hava gəmisinin kapitanı Ankaranın hava limanına eniş etmək qərarı verib..

“Report”un “Buta Airways”ə istinadən verdiyi məlumata görə, təyyarə yerli vaxtla 10:57-də Esenboğa aeroportunda uğurlu eniş həyata keçirib.

Sabiha Gökçen aeroportundan icazə alındıqdan sonra təyyarənin heyətinin İstanbula uçuşa hazırlaşacağı gözlənilir.

Məlumatda deyilir ki, İstanbul aeroportundan məlumat alındıqca xəbər yenilənəcək.