Unibankın bəzi müştərilərinin kartlarının balansında dətişiklik baş verib. Bu isə müştərilər arasında ciddi narazılıq yaradıb.
APA-nın məlumatına görə, Unibank bununla əlaqədar açılqma yayıb.
Açıqlamada bildirilir ki, bayaram günlərində aparılan profilaktik işlərlə bağlı bəzi kartların balansında dəyişikliklər olub.
“Hazırda sistemdə texniki yenilənmələr gedir. Bank əməkdaşları məsələnin həlli ilə məşğuldurlar. Narahatlığa heç bir əsas yoxdur. Ən qısa müddət ərzində kartların balansı bərpa ediləcək. Xahiş edirik narahat olmayasınız” – deyə, açıqlamada bildirilir.
