|
Avtobus çaya düşdü

Ötən gün axşam saatlarında Çinin cənub-qərbində yerləşən Quyçjou əyalətinin Bitsze dairəsində sərnişin avtobusu uçurumdan yuvarlanaraq çaya düşüb.

"Report" "Sinxua" agentliyinə istinadən xəbər verir ki, qəza nəticəsində 20-dən artıq insan həyatını itirib.

Hadisə nəticəsində sağ qalan bir neçə sərnişin xəstəxanaya yerləşdirilib.

Avtoqəza faktı ilə bağlı araşdırma aparılır.