Venesuelanın Koxedes ştatında içərisində bir ton kokain olan təyyarə qəzaya uğrayıb.
ANS PRESS-in məlumatına görə, bu barədə ölkənin daxili işlər naziri Nestor Reverol xəbər yayıb.
Qurum başçısı bildirib ki, qəza yerində 3 nəfər ekipaj üzvünün meyiti və tonla ölçüləcək kokain tapılıb.
Təyyarənin nəhəng mafioz qurplaşmalarının olduğu güman edilir.
Hazırda qəzanın baş vermə səbəbləri və təyyarənin kimə aid olduğu müəyyənləşdirilir.
