"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyi (AAYDA) tərəfindən yol infrastrukturunun təkmilləşdirilməsi kimi sosial yönümlü tədbirlər davam etdirilir.
AAYDA-dan Trend-ə verilən məlumata görə, bu çərçivədə Kürdəmir rayonunda 3 yol infrastrukturu layihəsi icra edilib. Layihələr Karrar-Bağman-Böyük Kəngərli, Şilyan-Qarasu və Pirili-Muradxan-Sor-Sor avtomobil yollarını əhatə etməklə 85.2 km uzunluğa malikdir.
“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, Kürdəmir rayonunda icra olunan 3 yol infrastrukturu layihələri 20 minə yaxın vətəndaşın yaşadığı 8 yaşayış məntəqəsini əhatə edən avtomobil yollarıdır. Karrar-Bağman-Böyük Kəngərli, Şilyan-Qarasu və Pirili-Muradxan-Sor-Sor avtomobil yollarının əhatə etdiyi yaşayış məntəqələri arasında nəqliyyat əlaqəsi çox pis vəziyyətdə olub. Çünki torpaq və dağılmış qara örtük əsaslı yolla gediş-gəliş çox çətin olub.
Sözügedən avtomobil yolları boyu zəruri olan hissələrdfə deformasiyaya uğramış yol yatağı qazılaraq çıxarılıb, yolun genişləndirilməsi, qaldırılması və profilə salınması ilə yeni yol yatağının inşası istiqamətində addımlar atılıb. Yol yatağı hazır olan hissələrdə yol əsasının alt layının tikintisi işləri qum-çınqıl, üst layının optimal-qırmadaş qarışığı ilə aparılıb.
Yolların böyük hissəsi torpaq örtüklü olduğu üçün bu ərazilərdə tikinti norma və qaydalarına uyğun olaraq, yeni yolun inşası işləri aparılıb. Texnoloji ardıcıllığa uyğun olaraq, ərazilərdə yolun profilə salınması, bitki qatının təmizlənməsi və xüsusi çınqıl materialı ilə yeni yol yatağının, daha sonra isə xüsusi qruntla yeni yol yatağı və yol əsası inşa edilib.
