|
Azərbaycanda inflyasiya nəzarət altındadır - Vüsal Qasımlı

Azərbaycanda hazırda mövcud olan 2,6%-lik inflyasiya göstəricisi optimaldır.

Trend-in məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı 2019-cu ilin iqtisadi yekunlarına dair Yeni Azərbaycan Partiyasının İcra Katibliyində keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə,inflyasiya göstəricisində volatiliyin olması təhlükəlidir: "Həm inflyasiya göstəricisinin kəskin artması, yaxud kəskin azalması eyni dərəcədə təhlükəlidir".