|
“Gazprom” səhmlərinin bir hissəsini satıb

Rusiyanın pensiya fondlarının da daxil olduğu konsorsium enerji nəhəngi “Gazprom” şirkətinin səhmlərini alıb.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə “Gazprombank”ın prezidenti Andrey Akimov deyib.

O bildirib ki, Rusiyanın pensiya fondlarının da daxil olduğu konsorsiumun “Gazprom”un səhmlərinin 6,6 faizini alıb. “Gazprom”un səhmlərinin təxminən 2,9 faizi iyulda, 3,6 faizi isə noyabrda satılıb.