Qəsdən sağlamlığa ağır xəsarət yetirməkdə ittiham edilən şəxs hakim qarşısına çıxarılıb.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Seyran Əliyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hakim Mahmud Ağalarovun sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib.
Məhkəmə iclasında zərərçəkmiş Cəfər Əhmədov iştirak etməyib.
Cinayət hadisəsi bu il sentyabr ayında Sabunçu rayonunun Ramana qəsəbəsində baş verib.
1992-ci il təvəllüdlü Seyran Əliyev 21 yaşlı Cəfər Əhmədovu bıçaqlayıb.
Məlumata görə, Seyran Əliyev Cəfəri elə onun evində bıçaqlayıb. Belə ki, Seyran Cəfərin həyat yoldaşı ilə münasibətdə olub. S.Əliyev qadınla onların evində görüşən zaman C.Əhmədov evə daxil olub.
Tərəflər arasında baş verən əlbəyaxa dava zamanı Seyran masanın üzərindəki bıçaqla Cəfəri vurub.
Ona qarşı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.
