|
Arizonada atışma olub, ölən və yaralananlar var

ABŞ-ın Finiks şəhərində (Arizona ştatı) atışma baş verib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, cinayətkar ticarət mərkəzində insanları odlu silahla hədələyərək, avtomobili qaçırıb.

Bildirilir ki, hadisə zamanı cinayətkar iki nəfəri yaralayıb. Onlar xəstəxanaya yerləşdirilib.

 

Daha sonra cinayətkar polislər tərəfindən güllələnib.