|
Mariya Zaxorova: "ABŞ yaxın zamanlarda “nəfəs almağı” da qadağan edəcək"

22 trilyon borcu olan ABŞ kredit qabiliyyətli ölkələrə iqtisadiyyatın real sektorunu inkişaf etdirməyi qadağan edərək, yaxın zamanlarda "nəfəs almağı" dayandırmağı da tələb edəcək.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu ABŞ-ın “Şimal axını 2” və “Türk axını” qaz kəmərlərinə qarşı sanksiyalarının qüvvəyə minməsinə münasibət bildirən Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxorova deyib.

O bildirib ki, ABŞ-ın "borclu həyat" ideologiyası dünya rəqabətinə tab gətirə bilmir.