|
Meray Kerri 25 illik mahnısına görə mükafat aldı - Foto

Amerikalı müğənni Meray Kerinin 25 il əvvəl oxuduğu “All I Want for Christmas Is You” adlı mahnısı hitə çevrilmişdi.

Axşam.az xəbər verir ki, uzun illərdən sonra sənətçinin bu mahnısı “Billboard Hot 100” reytinqində birinci pilləyə yüksəlib. Meray hətta sözügedən mahnıya çəkilən 2-ci klipini də təqdim edib.

 

Ötən gün isə müğənni Nyu-Yorkdakı “Empire State Building”-də baş tutan tədbirdə mükafata layiq görülüb.