|
Ağsuda yük maşını aşıb, xəsarət alanlar var

Muğanlı-İsmayıllı yolunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, yolun Ağsu rayonundan keçən hissəsində 01-AB-295 dövlət nömrə nişanlı "Ford" markalı yük avtomobilinin əyləc sistemində nasazlıq yarandığı üçün sürücü idarəetməni itirib və maşın yoldan çıxaraq aşıb.

Nəticədə İsmayıllı sakini, 1992-ci il təvəllüdlü Məmmədov Mustafa Cavanşir oğlu və Mingəçevir sakini, 1987-ci il təvəllüdlü İbrahimov Ramil Eldar oğlu xəsarət alıb. Onlar təcili tibbi yardım stansiyasının avtomobili ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.