Məşhur “Imagine Dragons” qrupunun solisti Den Reynolds müvəqqəti olaraq qrupdakı fəaliyyətinə fasilə verib.
Axşam.az xəbər verir ki, buna səbəb isə ifaçının sıx iş rejiminə görə ailəsinə vaxt ayıra bilməməsidir. Bu yaxınlarda 4-cü dəfə ata olan sənətçi artıq həyat yoldaşı və övladları ilə birlikdə Las-Veqasda dincəlir.
Qeyd edək ki, qrupun digər üzvləri də bir müddətlik yaradıcılıqlarına fasilə veriblər.
