|
Məleykə Abbaszadə imtahanların pullu olması iradlarına münasibət bildirdi

Azərbaycanda qəbul imtahanlarında pulsuz iştirak etmək üçün hər vətəndaşın bir şansı var. Həmin imtahanın haqqını hökümət ödəyir".

Musavat.com xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında DİM-in direktorlar şurasının sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, DİM tərəfindən keçirilən imtahanların qiyməti o qədər də yüksək deyil:

"Buna görə də heç kim deyə bilməz ki, bütün imtahanlar pulludur. Yalnız imtahanlarda ikinci şansı istifadə etmək istəyənlər var, həmin imtahanın qiymətini ödəyir. Yeni imtahanları, yeni tələbləri və imtahan nəticələrini araşdırmaq, onu həyata keçirmək üçün daha çox insan, qurğu cəlb etmək lazım olur. Bu baxımından imtahanların qiymətləri o qədər də yüksək deyil. Özbəkistandan gələn heyət Azərbaycanda bizim işimizlə maraqlandılar. Onlar bildirdilər ki, Özbəkistanda imtahanların qiyməti orta əmək haqqının yarısını təşkil edir. İmtahanın qiyməti həmin imtahanın keçirilməsinə sərf olunan vəsaitdən aslıdır. Yeni növ imtahanların cavablarını yoxlayan müəllimlər də onlara verilən məvacibin onları qəne etmədiyini söyləyirlər. Belə olan halda biz necə qiymətləri aşağı sala bilərik?".