14 il əvvəl evli olan Hollivud ulduzu Bred Pitt və Cennifer Enistonun yenidən birlikdə olduğu iddia edilib.
Axşam.az xəbər verir ki, Pitt keçmiş arvadının təşkil etdiyi partiyə qatılıb. Cütlüyün partidə çox səmimi olduqları söylənilib. Hətta aktyor Cenniferin evindən gecə yarısı ayrılıb.
Qeyd edək ki, cütlük 5 il evli qaldıqdan sonra 2005-ci ildə yollarını ayırmışdılar.
