|
Pensiyaçıları aldadan dələduzlar Azərbaycanda da peyda olub

Nazirlik xəbərdarlıq etdi; təqaüdçüləri maarifləndirmək üçün hansı addımlar atılır?

Azərbaycanda pensiyaçıların aldadılaraq, pensiya kartlarından vəsaitin çıxarılması halları baş verir. Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi pensiyaçılara xəbərdarlıq edib.

Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib ki, naməlum şəxslər pensiyaçılara zəng edərək onlara pensiya məbləğlərinin artdığını deyirlər və artan məbləğin guya pensiya kartlarına yüklənməsi üçün onlardan pensiya kartlarının nömrələrini istəyirlər: “Bəzi KİV-lərdə dələduzların pensiyaçı şəxslərə zəng edərək onlara pensiya məbləğlərinin artdığını bildirməsi, artan məbləğin guya pensiya kartlarına yüklənməsi üçün onlardan pensiya kartlarının nömrələrini istəmələri barədə məlumat yayılıb. Həmin zəng edənlərin məqsədi pensiyaçıları aldadaraq onların kartlarından vəsait oğurlamaqdır. Ona görə də pensiyaçıların diqqətinə çatdırırıq ki, heç bir pensiyaçıdan kart məlumatları istənilə bilməz və heç kimə də öz kart məlumatlarını verməsinlər. Onu da bildirim ki, pensiya artdığı halda heç bir pensiyaçıya bu barədə evinə zəng edib məlumat verilmir, sadəcə olaraq, artan məbləğ avtomatik şəkildə hesablarına köçürülür”.

Fazil Talıbov ile ilgili görsel sonucu

Onu da bildirək ki, yaşlı insanların fırıldaqçılar tərəfindən bu şəkildə aldadılması bir çox ölkələrdə geniş yayılmış fırıldaqçılıq növüdür. Məsələn, qonşu Türkiyədə belə fırıldaqçılıqla üzləşən pensiyaçıların sayı minlərlə ölçülür. Müasir texnologiyalardan, kart sistemindən başı çıxmayan, yaxud az məlumatlı olan yaşlı insanları aldadan dələduzlar onların kartlarından iri məbləğdə pul oğurlamağa müvəffəq olurlar. Hökumət bu hallara qarşı əsas müdafiə tədbiri kimi pensiyaçıların maarifləndirilməsi tədbirlərini görür. Bəs Azərbaycanda necə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlavə maarifləndirmə tədbirləri həyata keçirəcəkmi?

Sualı cavablandıran F.Talıblının sözlərinə görə, pensiyaçılara qarşı fırıldaqçılıq halları ilə bağlı onların çağrı mərkəzinə bir neçə müraciət daxil olub: “Bizim çağrı mərkəzlərinə məhdud sayda müraciətlər olub belə hallarla bağlı. İnsanlar bu kimi hallarla əlaqədar məlumat alaraq, bizdən pensiyaların artıb-artmaması barədə soruşublar. Biz də onlara vəziyyəti izah etmişik. Bildirmişik ki, hər hansı artım olduqda bu barədə müvafiq qurumlar tərəfindən ictimaiyyətə məlumat verilir. Dövlət qurumları tərəfindən heç kəsə telefonla zəng vurulub pensiya artımı barədə məlumat verilmir. Biz eyni zamanda mətbuat vasitəsilə vətəndaşlara müraciət edərək, belə zəng olarsa, inanmamalarını tövsiyə etdik. Bundan əlavə mətbuat və sosial şəbəkələr vasitəsilə pensiyaçıların maarifləndirilməsiişini davam etdiririk”.