|
2020-ci ildə "Kəlbəcər" adlı tanker istifadəyə veriləcək

"Bakı Gəmiqayırma zavodunda növbəti tankerin tamamlanma işləri aparılır"

Bunu Xəzər Dəniz Gəmiçiliyinin QSC-nin mətbuat xidmətinin rəhbəri Mehman Mehdiyev deyib.

Onun sözlərinə görə, gələn il “Kəlbəcər” adlı tankerin istifadəyə verilməsi gözlənilir:

“Sözügedən tanker “Kəlbəcər" adı altında təqdim olunacaq. Gəminin texniki imkanları ona icazə verir ki, maksimum yüklə Volqa-Don kanalı ilə dünya sularında, həm də Xəzər dənizində hərəkət etsin. Bu gün Xəzər Dəniz Gəmiçiliyinin dünya sularında Azərbaycan bayrağı altında üzən 14 gəmimiz var. Onlardan 12-si quru yük gəmisi, 2-si isə tankerdir”

M.Mehdiyev onu da əlavə edib ki, “Kəlbəcər” adlı tankerin hazırlanması ilə Azərbaycanın bütün işğal olunmuş rayonların tankerlərə verilən adları tamamlanır.