Türkiyənin "Star" telekanılanda yayınlanan "Medcezir" serialı bitir. Serialın baş rol oyunçuları Serenay Sarıkaya və Çağatay Ulusoyun sevgi münasibətlərinin bitməsi ilə belə bir qərar qəbul edilib.
"Posta" qəzetindən Müge Dağıstanlının xəbərinə görə, həm Serenay-Çağatay eşqi, həm də "Medcezir" serialı sona çatıb.
Dağıstanlı Serenay-Çağatay cütlüyünə dair belə yazıb: "Dostları keçən aya qədər cütlük haqqında "fırtınalı bir əlaqələri var, amma hələ birlikdədirlər"deyirdilər. Ancaq məşhur cütlük 20 gün əvvəl Boğazda bir restoranda oturub söhbət edib və qəti olaraq ayrılmaq qərarına gəliblər. Nə maraqlı bir təsadüf ki, bir neçə gün sonra onlar serialın prodüserləri ilə bir araya gəliblər. Beləliklə Serenay Sarıkaya və Çağatay Ulusoy həm öz aralarındakı ilişkini, həm də serialı bitirməyə qərar veriblər Yəni dizi getdi, eşq də bitdi!".
